Vegan hamile qadinlar ucun
VEGAN HAMILE QADINLAR 3UN
Hamiləlikdən əvvəl bilgilenin: Hamiləlik çox həssas bir dövr. Qadının içə döndüyü, özü ilə istər-istəməz daha çox bağ qurduğu, bədəninə daha çox maraq göstərdiyi bir dövr. İşdə bu həssaslıq üzündən, əgər hamiləlikdə vegan olmağı davam etdirmək istəyirsinizsə, bunun araşdırmasını və alıştırmasını daha əvvəldən etməyə başlamanız lazımdır. Vegan bəslənmənin həm sizin həm də körpəniz üçün çox sağlam ola biləcəyini bilin, tapa bildiyiniz hər cür yazını oxuyun, bilgilenin və özünüzü razı edin. Mümkünsə yoldaşınızı / partnerinizi də razı edin. Və hamiləliyə özünüzə güvənərək daxil edin. Hamiləlikdə hər kəs öyüd verir. Yaxşı niyyətli olsa da onsuz da romantik olaraq həssas olan qadının sarsılmaması üçün məlumatının və özünə güvəninin tam olması lazımdır. Qonşu xala sizə "Mütləq pendir yeməlidir, yoxsa ..." deyə başlayan cümlələr qurmağa başlayanda, sakit gülümseyip sizin başqa bir planınız olduğunu söyləyə gücünüzün olması, ən azından bunu düşünə bilmək, buna inandıra bilməsi lazımdır. Bəzən sizdən çox daha az məlumatlı kəslər başınızı qarışdırıb sizi etdiyinizin doğruluğu mövzusunda şübhəyə sala bilər. Belə vəziyyətlərdə yenə siz araştırmalarınıza dönün, ilk başda sizi razı edən yazıları təkrar oxuyun, filmleri təkrar edin, öz bilik və özünüzə etibarınızı təzələyək.
#veganazerbaijan
#herkesbirgunveganolacaq
adı : Vegan hamile qadinlar ucun
tarix : 20.03.2017 - (03:09)
oxunub : 334
müellif : Resad
[online: 13 nefer]