Ayxan
Az qalıb vaxtıma son saniyə ömrümdən ötür,
Qəfil ölsəm mən əgər rəsmimi arxamca götür.
Məni son mənzilə ey gül, yola salmaqdan ötür,
Qoşulub dəstəyə bir dəstə çiçəknən gələsən,
Məzarım üstünə bir gül qoyasan kövrələsən. Hətta söndürmüşəm atəşləri mən yanmaq ilə,
Məni xa'tırla ölüm xatirəmi anmaq ilə.
Bezdirərdim o zamanlar səni qısqanmaq ilə,
Artıq öldüm! alıb asudə nəfəs dincələsən,
Çox sevinmə məni xatırlayacaqsan hələ sən. Çəkəcəksən yenə də sevgimizin həsrətini,
Yaxşı öldüm görəcəkdim hələ ən dəhşətini.
Nə biləydim ki, sənin məqsədini, niyyətini,
Yıxmısan aşiqini torpağa sən dirçələsən,
Belə məqsədlə çətin zirvələrə yüksələsən. Teymuru torpağa basdırdın işin tez düzələ,
Könlünü aç hamıya nar kimi əvvəl dənələ,
Köhnə əşya kimi hər gün düşəsən əldən-ələ,
Üstünü toz basa hey işlənəsən, köhnələsən,
Sonra fəryad eləyib bağrını birdən dələsən
adı : Ayxan
tarix : 25.04.2020 - (17:48)
oxunub : 182
müellif : A... N
[online: 22 nefer]