Mutleq oxuyun
Xahiş edirəm, diqqət edin bu posta
İstifadə etdiyimiz kosmetik, gigiyena məhsullarnın heyvanlar üzərində sınaqdan keçirildiyini bilirdiniz? Bu sınaqların əslində heyvanlar üçün işgəncə demək olduğunu? Aşağıda həmin testlərin necə keçirildiyinə dair bəzi şəkillər var.
Etməli olduğumuz tək şey bu markalardan alış-veriş etməmək, onlara dəstək olmamaqdır. Bir kosmetika mağazasına girəndə satıcıdan # vegan məhsulların adlarını soruşun, xüsusən də xanımlar, həmişə aldığınız kosmetik məhsul əvəzinə mağazada hansı markalar heyvanlar üzərində test edilməyib, soruşun, tələb edin, maraqlanın. Tələb edin ki, gətirsinlər o məhsullardan Bakıya. İndi barmaqla sayılacaq qədərdir, təəssüf ki. Heyvan hüquqlarını tanıyan və müdafiə edən insanlar da sayca az olduğu üçün çoxluq hələ heyvan testlərinin nə olduğu barədə məlumata sahib deyil, hətta kosmetika mağazalarında satıcı işləyənlər belə kosmetik məhsulların heyvanlar üzərində test edildiyini bilmir, təəssüf ki!
Zülmə ortaq olmayın, heç bir fədakarlıq etməyəcəksiniz, sadəcə olaraq istifadə etdiyiniz markanı dəyişdirəcəksiniz, vəssəlam.
Bu arada heyvanlar üzərində sınaqlar keçirən markalar ən yaxşı tanıdığımız, işlətdiyimiz markalardır, məsələn,
-Nivea
-Garnier
-Avon
-Colgate
-Dove
-L'Oreal
-MAC
-Max Factor
-Maybelline
-Neutrogena
-Rexona
-Oral B
-Palmolive
-Pantene
və s.
# animaltesting , # crueltyfree # cruelcosmetics
adı : Mutleq oxuyun
tarix : 09.05.2017 - (05:45)
oxunub : 364
müellif : Qara
beyendin? (
+126 |
-87)
[online: 16 nefer]