Əl titrədi
Bir sözüm var a şahbazım
Deyəmmədim dil titrədi
İstədim ki namə yazam
Qələm əsdi əl titrədi
Qəm tumunu fələk əkdi
Su yerinə kədər tökdü
Şeyda bülbül nalə çəkdi
Bağça yandı gül titrədi
Azaflı min qəm atına
Kim çatıbdı muradına
Aşıq yandı eşq oduna
Naləsindən el titrədi
adı : Əl titrədi
tarix : 09.03.2021 - (08:30)
oxunub : 224
müellif : Hüseyn
beyendin? (
+62 |
-57)
[online: 6 nefer]