Tarix: 23 Noyabr - 21 Dekabr
Qrup: Od
Xarakter: Sərhədsiz
Planeti: Yupiter (Bolluq, Sevinc və Zənginliyi təmsil edir).
Üstün qabiliyyəti: Özünə güvənən.
Onu izah edən tək kəlimə: Araşdırmaçı.
Əsas xüsusiyyətləri: Müstəqil, azad, aktiv, dinamik, idmançı, araşdırmaçı və macəra ruhulu.
Müsbət xüsusiyyətləri: Şən, müstəqil, ağıllı, fəlsəfi, inanclı, müdrik, səmimi, dostcanlı, nikbin, xeyirxah, sadiq, ədalətli, uyğunlaşan, fəal, qəlbitəmiz, hərəkətli, şanslı, yaxşı niyyətli, yüksək təxəyyüllü.
Mənfi xüsusiyyətləri: Zırrama, bədxərc, düşünməz, səbrsiz, məsuliyyətsiz, kaprizli, tez bezən, hay-küy salan, sərhəd tanımayan, yeməyə içməyə düşkün, sözü bir başa deyən, ani maraqlanan, yeri gəldi-gəlmədi əmr verməyi sevən, başqalarına hörmətsizlik edən.
Əsas məqsədləri: Çox gəzib görmək, çox şeyə qovuşmaq.
Əsas bacardığı işlər: Bankçılıq, broker, menecer, müdir, idarəçilik, siyasət, hakim, vəkil, hüquq məsləhətçisi, dövlət qulluğu, dövlət xadimi, tədris, sənətkarlıq, tədqiqat kimi işlər onlara uyğundur.
Sevdiyi rənglər: Bənövşəyi, göy, mavi, magenta, qırmızı.
Sevdiyi qoxular: Nərgiz, yasəmən, bənövşə, zanbaq.
Sevdiyi musiqilər: Pop musiqisi və dinamik parçalar.
Sevdiyi geyimlər: Şabılıdı geyimlər, qarışıq rəngli paltarlar, güllü-çiçəkli geyimlər, geniş və rahat paltarlar.
Uğurlu ölkələri: Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası ölkələri, Ərəb ölkələri.
Uğurlu günləri: Çərşənbə, Cümə axşamı.
Uğurlu rəqəmləri: 3, 5, 12, 582, 934, 2334.
Uğurlu daşları: Firuzə, topaz, ametist, xrizolit, opal, göyyaqut, zümrüd, əqiq.
Əsas xəstəlikləri: Revmatizm, omba və bud xəstəlikləri, oynaq xəstəlikləri, ağciyər xəstəlikləri, təyziq.
Anlaşdığı bürclər: Əqrəb, Buğa, Şir, Oğlaq, Dolça, Tərəzi, Qoç, Xərçəng.
Anlaşmadığı bürclər: Balıqlar, Əkizlər, Qız.
Ata: Oxatan atanız varsa, hər zaman bir yerlərdə durmayan, səyahət edən bu adamı evdə görmək çətindir. Sosial çevrəsi çox genişdir, fikirlərini söyləməkdən çəkinməz. Bədxərc olduğu üçün övladlarına pul xərcləməkdə xəsislik etmir.
Ana: Oxatan ana ilə həyat çox əyləncəlidir. Müstəqil və azad ruhu ilə uşaqların bir kəpənək kimi uçurdar. Uşağını səyahətlərə aparar, yeni mədəniyyət və dillər öyrənməsinə yardımçı olar. Uşaqların çox ərköyün böyütdüyü üçün ailədə problemlər yaşayar.
Uşaq: Həyatınızı sevincli və dinamik edər. Xeyirxah və müsbət tərəfləri həyatınızı asanlaşdırar ancaq çox sosial olma istəyi, yeni şeylər və yeni insanlar tanıma istəyinə görə sizi yora bilər.
Doğulduğu günlərə görə:
23 Noyabr: Zırrama
24 Noyabr: Şən
25 Noyabr: Mübarizəçi
26 Noyabr: Xüsusi
27 Noyabr: Həyəcanlı
28 Noyabr: Şorgöz
29 Noyabr: Təklif edən
30 Noyabr: Hücumçu
1 Dekabr: Şən
2 Dekabr: Vecsiz
3 Dekabr: Hünərli
4 Dekabr: Mətanətli
5 Dekabr: Əmin
6 Dekabr: Seçici
7 Dekabr: Eqolu
8 Dekabr: Terk edilmiş
9 Dekabr: Bəzəkli
10 Dekabr: Arzulu
11 Dekabr: Təlaşlı
12 Dekabr: Özün bəyənmiş
13 Dekabr: Mərifətli
14 Dekabr: Göstərişli
15 Dekabr: Yaşlı
16 Dekabr: Uçan
17 Dekabr: Kimyagər
18 Dekabr: Böyük
19 Dekabr: Himayədar
20 Dekabr: Yaradıcı
21 Dekabr: Müəmma
oxunma sayı: 226